Bunu Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradov deyib.
Cari ildə ali məktəblərə qəbul olmuş 9 nəfər də daxil olmaqla, proqram iştirakçılarının ümumi sayı 25 -ə çatıb.
Azərbaycan Banklar Assosiasiyasının dəstəyi, AQUPDK nın təşkilatçılığı ilə həyata keçirilən görüşdə iştirakçılara sertifikatlar təqdim olunub.
"Həyatlarının məsuliyyətli anında onların yanında olmaq, həm təhsil prosesində, həm də işlə təmin olunmaları üçün dəstək göstərəcəyimizi vurğulamaqla, onların bu sədaqəti və fədakarlıqları ilə qürur duyduğumuz qeyd etdik",- deyə Komitə sədri əlavə edib.
Tahirə AĞAMİRZƏ