"Vətən səsi" xəbər verir ki, Qubadlı məktəblisi Həmid Məmmədlinin komanda yoldaşı ilə birlikdə hazırladığı layihə "Teknofest" yarışının "İnsansız su altı sistemləri" üzrə qaliblərindən biridir. "Təməl" kateqoriyası üzrə I yerə layiq görülən layihə "Ən özgün tasarım" mükafatına layiq görülüb.
"Teknofest" yarışmasında uğur qazanan Həmid təəssüratlarını "Azərbaycan müəllimi" qəzetinin Qarabağ və Şərqi Zəngəzur üzrə regional təmsilçisi ilə bölüşərkən bunları deyib: "Yarışın final mərhələsində 451 layihə iştirak edirdi. Komanda yoldaşım Toğrul Abbasla birlikdə hazırladığımız layihənin birinci yerə çıxması böyük uğurdur. Biz onun üzərində 9 ay işləmişdik.. 2-6 oktyabr tarixlərində isə Adanaya gedəcəyik, orada "Teknofest" in həm festival, həm də mükafatlandırma mərhələsi olacaq".
Xatırladaq ki, Həmid Məmmədli hazırda Qubadlı rayon Mərdanlı kənd C.Həşimov adına tam orta məktəbin Xl sinfində təhsil alır.
Elxan SALAHOV