21.09.2024, 18:48
AZ EN
21.09.2024, 09:35 126

Bu gün qəhrəman şəhidimiz İntiqam Abbasovun doğum günüdür

XƏBƏRLƏR
  • Vətən müharibəsinin qəhrəman oğullarından biri də hərb peşəsini bütün peşələrdən üstün tutan, bu dəfəki müharibənin Azərbaycamızın Şanlı Ordusunun Qələbə ilə bitirəcəyinə böyük inam bəsləyən İntiqam Abbasovdur.

Azərbaycan Silahlı Qüvvələrinin baş giziri olan İntiqam Yavər oğlu Abbasov 1978-ci il sentyabrın 21-də Masallı rayonunun Köcəkli kəndində anadan olub. 1996-1999-cu illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2000-2001-ci illərdə "PDM-2" ixtisası üzrə gizirlik kursunda təhsil alıb və 2001-ci ilin martından etibarən "N" saylı hərbi hissənin tağım komandiri kimi "gizir" rütbəsində xidmət etməyə başlayıb. 2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısı olan İntiqam Abbasov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və sentyabrın 29-da bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

İntiqam Abbasov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər