Azərbaycan Ordusunun kiçik çavuşu Səxavət Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinin sonuna qədər mərdliklə vuruşub. İgid döyüşçü Suqovuşan, Füzuli, Qubadlı və Laçının azadlığı uğrunda gedən döyüşlərdə şücaətlər göstərib.
Səxavət Məmmədov 2020-ci il noyabrın 9-da Laçın rayonu istiqamətində yaralanır. Ona geri qayıtmağı təkid etsələr də Səxavət döyüş yoldaşlarından ayrılmır və elə həmin vaxtda da şəhadətə ucalır. Şəhidimizin nəşi bir aya yaxın neytral zonada qaldıqdan sonra Ağdam Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılır.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Səxavət Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilir.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD