20.10.2024, 00:06
AZ EN
10.09.2024, 09:00 262

Anası bütün hazırlıqları görüb onu gözləyirdi...

XƏBƏRLƏR
  • Onlar bir bacı və bir qardaş idilər. Anası Ağacanı qızından çox istəyirdi. Bunu yeganə oğlu şəhadətə ucalandan sonra ana özü etiraf edir. Deyir ki, bəlkə buna görə günah etmişəm. Gərək Ağacanı bu qədər çox istəməyəydim... Ağacan Vətən Müharibəsinin ilk günündən sona qədər vuruşub. O, Şuşanın işğaldan azad edildiyi gün şəhid olub. Buna görə də anası bütün hazırlıqları görüb zəfər qazanmış oğlunu gözləyirdi...

Bu gün qəhrəman şəhidimiz Ağacan Əfsər oğlu Rəsulovun doğum günüdür. O, 1997-ci il sentyabrın 10-da Sabirabad rayonunun Xəlfəli kəndində anadan olub. Ağacangil ailədə iki uşaq, bir bacı, bir qardaş olublar. Ağacan orta məktəbi bitirdikdən sonra, 2015-2017-ci illərdə Tərtər istiqamətində hərbi xidmətdə olub. Ağacan bir əsgər kimi 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. Hərbi xidmətindən sonra bir müddət kənddə çalışıb, sonra isə Bakı şəhərində yerləşən “Xəzər” balq evində baş ofisiant işləyib.

Ağacan Rəsulov 2020-ci il sentyabrın 21-də səfərbərliyə cəlb olunub. O, İkinci Vətən Müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Füzulidən Şuşayacan uzun və şərəfli döyüş yolu keçib. Axınırcı dəfə ailəsi ilə noyabrın 1-də danışıb. Ondan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

Ağacan Rəsulov noyabrın 8-də Şuşanın işğaldan azad edildiyi gün  qəhrəmancasına şəhadətə ucalıb.

Şuşada şəhid olan qəhrəmanımızın nəşi 10 gündən sonra, noyabrın 18-də Xəlfəli kənd qəbiristanlığında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycan Prezidenti lham Əliyevin müvafiq sərəncamlarına əsasən Ağacan Rəsulov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Qeyd edək ki, şəhidimiz subay idi, o atasını bir neçə il öncə itirmişdi.

Ağacanın əmisi Rəsul Əli oğlu Rəsulov da Birinci Qarabağ savaşında, 19 yaşında, 1993-cü ildə şəhid olmuşdu.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər