Qərbi Azərbaycan TV-nin xəbərində bildirilib ki, bu barədə İsveçrənin təhsil müəssisəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edək ki, V.Hümbətzadə daha əvvəl bir sıra nüfuzlu beynəlxalq müsabiqələrin qalibi olub. O, bu il İsveçrənin Sürix universitetində həyata keçirilən qlobal yarışda Azərbaycanı təmsil edərək 1-ci yerin qalibi olub.
Qeyd edək ki, ETH Zurich (Sürix Federal Texnologiya Universiteti) dünyanın ən yaxşı universitetləri siyahısında 7-ci yerdə qərarlaşıb və Albert Eynşteyn də həmin universitetdə məzunu olub.
Tahirə Ağamirzə