23.11.2024, 01:37
AZ EN
07.09.2024, 09:31 200

Qərbi Azərbaycana qayıdış imkanları barədə layihə həyata keçirilib

XƏBƏRLƏR
  • Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şabran rayonunda məskunlaşmış Qərbi Azərbaycanlı soydaşlarımız arasında əzəli torpaqlarımıza qayıdış imkanlarının təbliği” layihəsini həyata keçirib.       

Layihə çərçivəsində Şabran rayonunda sakinlərin iştirakı ilə qayıdış prosesi mövzusunda maarifləndirici görüşlər təşkil olunub.

Görüş iştirakçılarına Agentliyin maliyyə dəstəyi, ictimai birliyin təşkilatçılığı ilə nəşr etdirilmiş “Qərbi Azərbaycan əzəli və əbədi torpağımızdır” adlı kitablar paylanılıb. 

Görüşlər başa çatdıqdan sonra iştirakçılar tərəfindən yekdilliklə hazırlanaraq təsdiq edilmiş bəyanat qəbul edilib. Bəyanatda Qərbi Azərbaycanın şəhər və kəndlərindən didərgin salınmış və hazırda Şabran rayonunda məskunlaşmış azərbaycanlıların daim öz doğma torpaqlarına qayıtmaq əzmində olduqlarını, əzəli torpaqlarımıza, yurd yerlərimizə qayıdışı  mütləq şəkildə dəstəklədiklərini, Ermənistan tərəfinin  isə ədalətin bərpa olunmasını yubatmaqla  qayıdış prosesinin davamlı həlli istiqamətində irəliləyişə yardım etmədiyini qeyd etmişdilər.  

Bununla da Şabran rayonunda məskunlaşmış Qərbi azərbaycanlı soydaşlarımız Ermənistan hökumətini beynəlxalq insan hüquqlarının öhdəliklərinə hörmət etməyə və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına şərait yaratmağa çağırmışdır.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər