22.11.2024, 04:45
AZ EN
26.08.2024, 14:16 249

Laçın sakini: Birinci sinfə ilk dəfə qədəm qoyduğum məktəbə müəllim kimi qayıtdığım üçün xoşbəxtəm

XƏBƏRLƏR
  • Birinci sinfə ilk dəfə qədəm qoyduğum məktəbə bu gün müəllim kimi qayıtdığım üçün özümü çox xoşbəxt hiss edirəm.

Bunu Laçın şəhər 2 nömrəli tam orta məktəbin Təşkilat işləri üzrə direktor müavini Rüxsarə Nəsibzadə söyləyib.

“Məktəbimiz mənim üçün doğma və əzizdir. Bunun səbəbi bu məktəbə ilk dəfə şagird kimi qədəm qoymağımdır. Bu məktəbdə mənim üç övladım təhsil alır. Bundan daha sevincli an ola bilməz. Laçında artıq 2 məktəb fəaliyyət göstərir. Laçın sakini kimi özümüzü çox xoşbəxt hiss edirik”, - deyə R.Nəsibzadə qeyd edib. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR