20.09.2024, 00:18
AZ EN
24.08.2024, 17:19 236

Qarabağ Universitetinə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 124 nəfər qəbul olub

XƏBƏRLƏR
  • Qarabağ Universitetinə xüsusi qabiliyyət imtahanları tələb edən V ixtisas qrupu üzrə qəbul olan tələbələrin sayı açıqlanıb.

Universitetdən bildirilib ki, xüsusi qabiliyyət imtahanları tələb edən V ixtisas qrupunda 7 ixtisas (o cümlədən musiqi müəllimliyi (fortepiano, skripka, klarnet, tar, kamança, saz, nağara, qarmon), dekorativ tətbiqi sənət (bədii toxuculuq, keramika), dizayn (interyer dizaynı, qrafik dizayn, geyim dizaynı), instrumental ifaçılıq (fortepiano, skripka, klarnet), instrumental ifaçılıq (tar, kamança, saz, nağara, qarmon), vokal sənəti (xanəndəlik), vokal sənəti (milli vokal) üzrə Qarabağ Universitetinə ümumilikdə 124 nəfər qəbul olub. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR