Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və rayon sakinlərinin iştirakı ilə keçirilən səyyar qəbulda çıxış edən rayon rəhbəri bildirib ki, yerlərdə səyyar görüşlərin keçirilməsində məqsəd vətəndaşların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerindəcə araşdırılması və qaldırılan məsələlərin həllinə nail olmaqdır.
Qəbulda icra başçısı bütün müraciətləri həssaslıqla dinləyib. İcra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həll olunmasına dair göstəriş verib, səlahiyyətləri xaricində olan məsələləri isə nəzarətə götürərək aidiyyəti qurumlara rəsmi müraciətlərin olunmasını tapşırıb.
Qəbulda iştirak edən sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən razı qaldıqlarını bildirərək, diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Mina RƏŞİD