Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Şuşa sakini Günay Kərimova deyib.
O qeyd edib ki, əvvəllər məcburi köçkün olaraq Bakı şəhərində yaşayıb: “Uzun illər doğma torpağımızdan uzaqda, Vətən həsrəti ilə yaşamışıq. Həmişə bütün seçkilərdə, o cümlədən parlament seçkilərində Bakıda yaradılan seçki məntəqəsində səs vermişik. Allaha şükürlər olsun ki, artıq bu həsrət sona çatıb, öz doğma torpaqlarımıza qayıtmışıq.
Qürur hissi keçirdirik, çünki artıq öz torpaqlarımızda, Şuşa şəhərindəyik və ilk dəfə olaraq Şuşada səs verəcəyik. Bu, bizim üçün, dövlətimiz çox fəxrli və tarixi bir hadisədir”.