21.09.2024, 13:45
AZ EN
30.07.2024, 08:29 226

Ruhiyyə Kazımova: Şuşaya qayıdış Prezidentimizin siyasəti nəticəsində baş tutub

XƏBƏRLƏR
  • Şuşaya qayıdış Prezidentimizin siyasəti nəticəsində baş tutub.

Bunu Şuşa sakini, keçmiş məcburi köçkün Ruhiyyə Kazımova deyib.

O, qeyd edib ki, həyatının ən böyük sevincli anlarını yaşayır: “Şuşaya həyat yoldaşımla birlikdə qayıdırıq. İlk öncə bu günü bizə yaşatdığına görə Ali Baş Komandanımız İlham Əliyevə minnətdarlığımı bildirir, Allahdan ona can sağlığı arzulayıram”.

“Bütün şuşalıları təbrik edirəm, gözünüz aydın. İnşallah Şuşa tam dirçələcək, daha yaxşı inkişaf edəcək, abadlaşıb gözəlləşəcək. Böyük qayıdış Prezidentimizin siyasəti nəticəsində baş tutub. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə can sağlığı diləyirəm.

İxtisasca müəlliməm, gələcəkdə Şuşada özümü başqa cür təsəvvür edirəm. Fəaliyyətimi orda davam etdirəcəyəm. Artıq həyat yoldaşıma iş veriblər, orda işləyir. Şuşada əməyimi gələcək nəsilə tariximizi unutdurmamaq üzrə sərf edəcəyəm”, - R.Kazımova deyib. (Report)

Oxşar xəbərlər