18.10.2024, 10:48
AZ EN
03.11.2023, 13:05 278

“Şuşa maarifi” sənədli filminin nümayişi olub

XƏBƏRLƏR
  • Nizami Kino Mərkəzində Elm və Təhsil Nazirliyi və İctimai TV-nin birgə hazırladığı “Şuşa maarifi” sənədli filmi nümayiş etdirilib.

Bu barədə nazirlikdən məlumat verilib.

Açılış nitqi ilə çıxış edən mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu filmin həsr olunduğu Şuşa maarifinin ölkəmizdə bütün sahələrin inkişafındakı rolunu vurğulayıb. Şuşa məktəbinin Azərbaycan təhsilinə verdiyi töhfələrə toxunan nazir müşaviri hazırda aparılan təmir-quruculuq işlərindən sonra Şuşada yeni məktəb mənzərəsinin formalaşacağına və müasir dövrün dahilərinin həmin məktəbdə yetişəcəyinə inamını bildirib.

Daha sonra film nümayiş etdirilib.

49 dəqiqəlik film Şuşanın maarif tarixindən bəhs edir. Azərbaycanın ilk dünyəvi məktəbi – Şuşada açılan qəza məktəbindən başlanan tarixdən söz açılan filmdə bu qədim şəhərin xalqımız üçün tarixi və mədəni əhəmiyyəti, həmçinin maarifçilik sahəsində önəmli rolu xüsusilə qeyd olunur.

Filmdə Şuşanın Azərbaycanın təhsil və elm sahəsinə tanınmış alimlər, görkəmli ziyalılar bəxş etdiyi diqqətə çatdırılır, eləcə də maarif tarixini yaradan şəxsiyyətlər barədə danışılır. (AZƏRTAC)

Oxşar xəbərlər