24.12.2024, 02:58
AZ EN
25.07.2024, 21:36 375

Ağdamda Qızılbaşlar səraslanı Əbdül Dədə bəyə həsr edilmiş tədbir keşirilib

XƏBƏRLƏR
  • Azadlıq Hərəkatçıları İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Ağdam Rayon İcra Hakimiyyətinin təşkilati yardımı ilə Azərbaycan Səfəvi dövlətinin qurulmasında, tarixi fəthlərin əldə edilməsində Şah İsmayıl Xətainin ən yaxın silahdaşlarından olmuş, tarixə “Qızılbaşlar səraslanı” adı ilə düşmüş Əbdül Dədə bəyə həsr edilmiş tədbir keçirib.

İctimai birliyin mətbuat xidmətinin bu barədə yaydığı məlumatda bildirilir ki, Azərbaycan tarixinin müxtəlif dövrlərində gələcək üçün tarixi irs qoyub getmiş müqtədir simaların yaddaşlarda yaşadılması keçmişinə dəyər verən bir xalqın ən yüksək keyfiyyətlərindəndir. Bu baxımdan dövlətçilik tariximizdə xüsusi yer tutan Azərbaycan Səfəvi dövlətinin qurulmasında Şah İsmayıl Xətainin və yaxın silahdaşlarının irsinin öyrənilməsi, onların yaddaşlarda yaşadılmasının təmin edilməsi tariximizə dəyər verən Azərbaycan dövlət və dakimiyyət orqanlarının təqdirəlayiq fəaliyyəti kimi qiymətləndirilməlidir.
44 günlük tarixi qələbədən sonra Müzəffər Ali Baş Komandan, xalqımızın fateh lideri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tarixi abidələrin bərpasına xüsusi həssaslıqla yanaşması azad edilmiş torpaqların yenidən vətənləşməs”, xalqın bu torpaqlara müqəddəs ocaq kimi yanaşması baxımından xüsusi əhəmiyyət kəsb edir. Hesab edirik ki, zaman-zaman həm çar rusiyası, həm də bolşevik rejimi sayəsində unudulmağa cəhd edilən bir sıra tarixi abidələrin də yaşadılması insanların doğma yurda məhəbbət hissinin artırılmasında mühüm rol oynaya bilər. Hər bir abidənin, hər bir tarixi şəxsiyyətə məxsus olan əlamətin qorunması, onun yaşadılması insanlarda Vətənə və yurda olan sevgi hissini daha da gücləndirir.
...Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Muğam Mərkəzində gerçəkləşən tədbiri giriş sözü ilə layihənin rəhbəri, Azadlıq Hərəkatçıları İctimai Birliyinin sədri, yazıçı-publisist Təhmasib Novruzov açaraq layihənin məramı, məqsədi, Əbdül Dədə bəy irsinin öyrənilməsi, onun Abdal-Gülablı kəndindəki məzarının bərpasının vacibliyi haqqında məlumat verib. Azərbaycanın Dövlət Himninin səsləndirilməsindən və şəhidlərin ruhu birdəqiqəlik sükutla yad edildikdən sonra SƏS TV onlayn televiziyasında istehsal edilmiş “Abdal-Gülablısız 22 il” sənədli filmi nümayiş olunub.
Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev tədbirin yaddaşımızın təzələnməsində, bu günkü və gələcək nəsillərin tərbiyəsində mühüm rolu haqqında məruzə ilə çıxış etdi.
Din xadimi, Əbdül Dədə bəy şəcərəsinin nümayəndəsi Hacı Ramiz Novruzov, Abdal-Gülablı sakini, Şuşa fatehi, Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynovun qardaşı Fərman Hüseynov, Ağdam rayon sakini,  Güllü Zeynalova  və başqaları çıxış edərək müstəqilliyin verdiyi imkanlardan sonra Dədə bəy irsinə qayıtmağın əhəmiyyətindən, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi irsə həssas münasibətindən danışaraq, Dədə bəyin məzarının da bərpa ediləcəyinə inam ifadə etdilər.
Tədbirdə Bəhruz Aslanovun rəhbərliyi altında Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının solistlərinin və  Ağdam Musiqi Kollecinin direktoru, xalq artisti Fehruz Səxavətin Vətən və yurd məzmunlu ifaları tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.


 

Oxşar xəbərlər