“Xocalı muzeyi” kompleksi qarşısındakı Xocalı abidəsi önünə gül dəstələri qoyulub.
Qızılcahamam bələdiyyəsinin mədəniyyət və sosial işlər müdiri Mecid Bal “Xocalı muzeyi”nin fəaliyyəti haqqında məlumat verib, abidə və muzey kompleksinin 2014-cü ildə Azərbaycanın Türkiyədəki səfirliyinin təşəbbüsü ilə açıldığını xatırladıb.
Ziyarət çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən “Xocalı muzeyi” kompleksinə Xocalı soyqırımına dair məlumat lövhələri, nəşrlər, çoxsaylı videomateriallar, kitab sərgi vitrinləri, böyük ekranlı televizor təqdim olunub.
Tərəflər arasında keçirilən görüşdə muzeyin eksponatları, təbliğat materialları, muzey kitabxanasına təqdim olunan nəşrlər, ziyarətçi axını kimi məsələlər müzakirə olunub və gələcəkdə fəaliyyətin daha da təkmilləşdirilməsi məqsədilə birgə fəaliyyət planı razılaşdırılıb.
Samir Abbasov muzeyin yaradılmasının qardaş Türkiyə dövlətinin Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən olan Xocalı soyqırımına göstərdiyi diqqət və həmrəyliyin bir nümunəsi olduğunu vurğulayıb. O, “Xocalı muzeyi”nin əhəmiyyətini qeyd edərək, onu qardaş ölkədə Xocalı soyqırımı haqqında məlumat almaq istəyənlər üçün mühüm mənbə kimi dəyərləndirib.
Qeyd edilib ki, 2020-ci ildə Xocalı şəhəri ilə Türkiyənin Qızılcahamam şəhəri qardaşlaşmış şəhərlər olub.
Daha sonra Qızılcahamam şəhər bələdiyyəsi, şəhərin Tarix–Diyarşünaslıq Muzeyi ziyarət edilib. (AZƏRTAC)