20.10.2024, 17:02
AZ EN
18.07.2024, 20:45 159

Nadir Mehdiyev: “ANAMA” filmi tamaşaçılara minatəmizləyənlərin həyatına yeni nöqteyi-nəzərdən baxmağa imkan verir

XƏBƏRLƏR
  • “ANAMA” sənədli filminin çəkilişləri 2-3 ay davam etdi. Filmdə ANAMA əməkdaşlarının gündəlik iş həyatından bəhs edilib, onların hər gün ölümlə üz-üzə dayanması əksini tapıb, fikirləri, xəyalları yer alıb. Film tamaşaçılara qəhrəmanların həyatını izləməyə şərait yaradır. İnanıram ki, “ANAMA” filmi digər sənədli filmlər arasında özünəməxsus yer tutacaq. Çünki film tamaşaçılara ANAMA-nın və onun işçilərinin fəaliyyətinə yeni nöqteyi-nəzərdən baxmağa imkan verir.

Bunu müsahibəsində filmin təsvir rejissoru Nadir Mehdiyev deyib.

Filmin çəkilişlərinin ANAMA işçilərinin fəaliyyət göstərdiyi ərazilərdə, xüsusilə Füzulidə, Ağdamda aparıldığını deyən Nadir Mehdiyev fikirlərinə belə davam edib: “Onların gördüyü işlər heyrətamizdir. Qarabağ Zəfərindən sonra minlərlə hektar ərazini minalardan təmizləyiblər, minlərlə mina və partlayıcı sursat aşkarlayaraq zərərsizləşdiriblər.

Çəkilişlərdə minaaxtaranlarla bir yerdə idik. Doğrudur, təhlükəli ərazilərdən kənarda qalsaq da, onlar mina və partlayıcı sursat tapanda biz də həyəcanlanırdıq. Ən yaddaqalan məqam isə sürpriz minaların tapılması oldu. O zaman çox həyəcan keçirmişdim”.

Nadir Mehdiyev ANAMA-nın bütün işçilərini agentliyin yaradılmasının 26 illiyi münasibətilə təbrik edib. (AZERTAC)

Oxşar xəbərlər