Şəhidlərimizin xatirəsi ehtiramla yad edildikdən sonra Şura sədri Məhluqə Qaramanlı görülən işlər və qarşıda duran məsələlər barədə çıxış edib. Məsələ ətrafında geniş fikir mübadiləsi aparılıb və müvafiq qərar qəbul edilib. Əminliklə vurğulanıb ki, Ulu Öndərimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirən və adı tariximizə Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi həkk olunan Prezidentimiz Cənab İlham Əliyevin bənzərsiz siyasəti nəticəsində yanıqpəyəlilər də doğma yurdlarına qayıdaraq həsrətə son qoyacaqlar.
Cabir Nuruoğlu