22.11.2024, 18:35
AZ EN
08.07.2024, 08:36 269

“Şuşaya bayraq asan cəngavər” kitabının təqdimatı keçirilib

XƏBƏRLƏR
  • Səməd Vurğunun Ev-Muzeyində hərbçi, Əməkdar mədəniyyət işçisi, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin kitabxana müdiri Zəminə Xınalının “Şuşaya bayraq asan cəngavər” kitabının təqdimatı keçirilib.

Qeyd edək ki, kitab Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) polkovniki, dövlət başçısının müvafiq sərəncamları ilə "Qarabağ" ordeni, Şuşa, Füzuli və Xocavəndin azad olunmasına görə, eləcə də “İgidliyə görə" medalları ilə təltif edilmiş Rəşad Aslanova həsr edilib.

Tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir çərçivəsində həmçinin polkovnik Rəşad Aslanovla görüş də keçirilib. Görüşdə çıxış edənlər Vətən müharibəsində qazanılmış tarixi Qələbənin xalqımıza böyük sevinc və qürur bəxş etdiyini bildiriblər.

Sonda Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri Mətləb Ağayev, Elçin Məmmədov hərbi vətənpərvərlik mövzusunda marşlar ifa ediblər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər