Bunu COP29 Məlumat Mərkəzinin açılışında iştirak edən COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev jurnalistlərə müsahibəsində deyib.
M.Babayevin sözlərinə görə, COP29 Məlumat Mərkəzində könüllülər və mütəxəssislər çalışacaq, ziyarətçilərə Azərbaycanda keçiriləcək həmin mötəbər tədbirlə bağlı məlumat verəcəklər. Həmçinin qonaqlar Azərbaycanın təbiəti, ictimai həyatı, ölkəmizdə həyata keçirilən dövlət proqramları barədə informasiya əldə edə biləcəklər. (AZERTAC)