09.06.2025, 12:18
AZ EN
25.06.2024, 12:32 350

Cəbrayıl sakinlərinin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 3 saylı Cəbrayıl qəsəbəsində sakinlərlə səyyar qəbul keçirib.

Rayon İcra hakimiyyətinin məsul əməkdaşları və rayon sakinlərinin  iştirak etdiyi görüşdə Kamal Həsənov ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cəbrayıl rayonuna səfərindən, aparılan quruculuq işlərindən və qarşıda duran vəzifələrdən ətraflı danışıb.
Qəbul zamanı rayon sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb, bəzi məsələlərin həlli isə nəzarətə götürülüb. Rayon sakinləri əhalinin rifahının yaxşılaşdırılması üçün  görülən işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər