Baş Prokurorluqdan bildiriblər ki, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə prokurorluğun fəaliyyət istiqamətləri ilə əlaqədar vətəndaşları maraqlandıran məsələlərlə bağlı qurumun mətbuat xidməti tərəfindən maarifləndirici slaydların hazırlanaraq #heçbilirdinizmi? həştəqi altında ictimaiyyətə təqdim olunması işi davam etdirilir.
Bu həştəq altında təqdim edilən növbəti slaydlarda və videoda Şuşa şəhərinə səfər etməyin qaydası ilə bağlı vətəndaşlarımıza maraqlı izah verilib.
Slaydları və videonu Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələrindən və veb-saytından da izləmək mümkündür. (AZƏRTAC)