Kitabda Ağdamda dünyaya gələn tanınmış şair, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsin yaradıcılığının və fəaliyyətinin müxtəlif istiqamətlərindən bəhs edən yeddi məqalə toplanıb.
“Üşüyəndə özünü yandıran şair”, "Qulu Ağsəs, Tanrı və söz", “Ulduz”un Qulu Ağsəs dönəmi”, “55 illik dostuma”, “Qulu Ağsəs və İlahi eşq!”, “Sözü özünə bənzəyən şair”, “Qulu Ağsəsin savaşdan çıxan şeirləri” adlı məqalələrdə müəllif Qulu Ağsəsin şeirlərinin məzmunu və bədii məziyyətləri barədə fikirlərini dolğun şəkildə ifadə edib.
Kitabda Qulu Ağsəsin insani xüsusiyyətləri, şeirlərində olduğu qədər səmimi münasibəti və iş prinsipləri də diqqətə çatdırılıb.
Məlumat üçün onu da bildirək ki, Qulu Ağsəsin bu il "Görsən üşüyürsən..." adlı şeirlər kitabı da işıq üzü görüb.
"Yaxşı pəhrizi var iztirabların, nə özüm kökəldim, nə kitablarım..." – deyən Qulu Ağsəs yaradıcılığı müasir mədəniyyətimizdə orijinal fikir və yazı üslubu ilə fərqlənir.
Tanınmış şair, xüsusilə də, dogma Ağdama həsr etdiyi şeiri ilə tamaşaçı və oxucuların yadında qalan Qulu Ağsəsin “Görsən üşüyürsən...” kitabında müxtəlif illərdə, rəngarəng mövzularda qələmə aldığı şeirləri toplanıb.
Mina RƏŞİD