Kitab festivalında “Mənim hekayəm” adlı görüş keçirilib
XƏBƏRLƏR
Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Laçından olan yazıçı Təranə Vahidlə, radio aparıcısı, yazar Günel Natiqin birgə “Mənim hekayəm” adlı oxucuları ilə görüşü keçirilib.
Görüş maraqlı bir duet şəklində başa çatıb. Qeyd edək ki, festivalda Günel Natiqin yenicə çapdan çıxmış şəhidlərimizin sevgi hekayətlərindən bəhs edən “Leyli-Məcnundan da böyük” kitabı da böyük maraqla qarşılanıb.