Bu barədə Türkiyənin Bakı səfirliyinin kommunikasiyalar üzrə müşaviri Cihangir İşbilir sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda qeyd olunub: “Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan “Yurt Dışı Vefa Ödülü”nə layiq görülən, Türkiyənin yaşadığı “əsrin fəlakəti”ndən dərhal sonra maşınına yüklədiyi yardımla Azərbaycanın paytaxtı Bakıdan yola düşən Sərvər Bəşirliyə mükafatını təqdim etdi".
Xatırladaq ki, Türkiyədə 2023-cü ilin fevralın 6-da baş vermiş zəlzələ zamanı Bakı küçələrində üstünə yardım üçün əşyalar, yorğan-döşək yığılmış qırmızı avtomobilin Türkiyəyə yardıma tələsməsi ilə bağlı foto bütün sosial şəbəkələri dolaşmışdı. Sonradan bu şəxsin Laçından olan məcburi köçkün Sərvər Bəşirli olduğu məlum olmuşdu.
Hazırladı: Tahirə AĞAMİRZƏ