Bunu AzTV-yə açıqlamasında tarixçi Fəqani Səfərov deyib.
Söhbər son tunc ilkin dəmir dövrünə aid edilən Xocalıdakı arxeoloji abidələrdən gedir. Xocalı nekropolu onlarla kurqanın, yüzlərlə fərqli dövrlərə aid qəbir abidələrinin və türbələrin yerləşdiyi iki hektarlıq ərazidədir. Bura, həm də, ötən əsrdə aparılan tədqiqatlarla dünya əhəmiyyətli tarixi abidə hesab olunur.
Ərazidə olan onlarla kurqanın çoxunun müqəddaratı bax, bu cürdür. Onlar ermənilər tərəfindən tamamilə dağıdılıb, içərisində olan maddi-mədəniyyət nümunələri talan edilib.
Nekropoldakı onlarla sənduqə, qoç başı, at füqurlu qəbirüstü abidələr ərazidən götürülərək aparılıb. Məqsəd isə bəllidir.
Tarixçi qeyd edir ki, bunlar özlərini aborogen xalq kimi təqdim etmək məqsədilə türk xalqlarına, azərbaycanlılara məxsus bütün tarixi abidələri yer üzündən silməyə çalışıblar. Yəni indi biz bunu işğaldan azad olunmuş torpaqlarımızın hər birində olan abidələrdə görürük. Şuşada, Füzulidə, Cəbrayılda, Xocalıda, Ağdamda nə qədər ki, bizim tariximizi özündə etiva edən abidələrimiz var, onların hamısını yer üzündən silməyə çalışıblar.
Bu qəddarlığın bərpa olunmayan fəsadları təkcə Azərbaycana qarşı yox, hələ tunc dövrünə aid olan dünya əhəmiyyətli abidə olduğundan bəşəriyətə, bəşəri tarixə qarşı həyata keçirilən cinayət izləridir.
Bu ərazidə iki türbə də mövcud olub. Türbələrdən biri günümüzə gəlib çatsa da, digərinin yalnız təməl daşları qalıb. Bu türbə ermənilər tərəfindən tamamailə məhv edilib.
Ayaqda qalan XIV əsrə aid türbənin görünüşü isə göz qabağındadır. Kitabəsi sındırılıb, üzük daşları talanıb, içərisində olan məzar isə məhv edilib. Ümumilikdə isə nekropola ermənilərin vurduğu zərərin həcmi əlbəttə ki, ölçüsüzdür. Amma belə bir şəraitdə lazım olan ümumdünya mədəni irsinin məhv edilməsinə görə beynəlxalq ədalət məhkəməsinin mütəxəssislərinin məsələyə cəlb olunmasıdır.
Hazırladı: Tahirə AĞAMİRZƏ