09.06.2025, 12:35
AZ EN
19.05.2024, 12:39 302

Bu gün Vətən müharibəsi şəhidi Yasər Bəkirovun doğum günüdür

XƏBƏRLƏR
  • Yasər Bəkirov 2002-ci il mayın 19-da Şamaxı rayonunun Quşçu kəndində anadan olub. 2008-2019-cu illərdə F.Əzməmmədov adına Quşçu kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Yasər Bəkirov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Ordusunun əsgəri olan Yasər Bəkirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində vuruşub.

Yasər Bəkirov oktyabrın 1-də Suqovuşan döyüşlərində qəhrəmanca şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında böyük ehtiram və izdihamla dəfn olunub.

Yasər Bəkirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər