01.08.2025, 17:37
AZ EN
17.05.2024, 11:37 371

Bu gün şəhid leytenant Kamal Əbilovun doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsinin qəhrəman oğullarından olan şəhid leytenant Əbilov Kamal Vidadi oğlunun doğum günüdür. O, 1996-cı il mayın 17-də Şərur rayonunun Oğlanqala kəndində anadan olub. 2004-cü ildə Oğlanqala kənd tam orta məktəbində ilk təhsilinə başlayan Kamal 2011-ci ildə hərb sənətinin ilkin biliklərinə yiyələnmək üçün Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub. 2014-cü ildə bu təhsil ocağından məzun olan Kamal Əbilov Bakıya yollanıb. Burada Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olaraq kursant kimi təhsilini davam etdirib. 2018-ci il iyunun 21-də AAHM-i bitirən Kamal leytenant rütbəsi alaraq “N” saylı hərbi hissədə fəaliyyətə başlayıb.

Azərbaycan Ordusunun leytenantı olan Kamal Əbilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə mərdliklə savaşıb. Kamal Əbilov sentyabrın 30-da Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz Şərur şəhərinin Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Kamal Əbilov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Torpaqlarımızın azad olunması uğrunda bütün varlığı ilə savaşan leytenant döyüşlərdə şücaətlər göstərib. Belə ki, o, düşmənin xeyli sayda texnikasını və canlı qüvvəsini məhv edib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər