Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə sənədlərin qəbulu 1-30 aprel 2022-ci il tarixlərində aparılacaq.
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi abituriyentlərin nəzərinə çatdırır ki, cari ildən etibarən sənəd qəbulunda qəbul (buraxılış) imtahanını Azərbaycan dilində verən abituriyentlərlə yanaşı, imtahanı rus dilində verən abituriyentlər də iştirak edə bilərlər.
Xatırladaq ki, qeyd olunan təhsil müəssisələrində tədris Azərbaycan dilində təşkil olunur.
Abituriyentlər sənəd qəbulu haqqında elanların tam mətni ilə “Abituriyent” 1 jurnalında tanış ola bilərlər.