22.11.2024, 10:22
AZ EN
02.05.2024, 17:30 185

Şuşada şəhərdaxili sərnişindaşıma qaydaları təsdiqlənib

XƏBƏRLƏR

Müntəzəm marşrutların açılmasına icazə verən qurumlar dəyişib. Dəyişikliklərdə Şuşada şəhərdaxili sərnişindaşımaya dair icazə qaydaları da əksini tapıb.

"Vətən səsi" xəbər verir ki, Nazirlər Kabinetinin təsdiq etdiyi "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na əsasən, müntəzəm marşrutların açılmasına yalnız onların keçəcəyi yolların vəziyyəti, hərəkətin təhlükəsizliyinin, habelə bu marşrutlarda istismar ediləcək avtonəqliyyat vasitələrinin daşımalara yararlığı təmin olunduğu halda icazə veriləcək. Bunun üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin, Şuşa şəhərinin ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin müvafiq rəyi olmalıdır. Həmin qurumlar tərəfindən həyata keçiriləcək yoxlamanın nəticələri aktla rəsmiləşdiriləcək. Bundan sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Şuşa şəhərinin ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən zəruri məlumatlar göstərilməklə marşrutun pasportu hazırlanaraq təsdiq ediləcək.

Xatırladaq ki, indiyə qədər müntəzəm marşrutların açılmasına yalnız onların keçəcəyi yolların vəziyyəti, hərəkətin təhlükəsizliyinin, habelə bu marşrutlarda istismar ediləcək avtonəqliyyat vasitələrinin daşımalara yararlığının təmin olunması baxımından Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində müvafiq qurumlar, digər ərazilərdə isə  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu və BDYPİ tərəfindən birgə yoxlanıldıqdan sonra icazə verilirdi. Yoxlamanın nəticələri aktla rəsmiləşdirilir və bunun əsasında Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində müvafiq qurumlar, digər ərazilərdə isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu tərəfindən zəruri məlumatlar göstərilməklə marşrutun pasportu hazırlanaraq təsdiq edilirdi.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR