21.05.2024, 03:23
AZ EN
30.04.2024, 09:35 63

Mən Şəhid olacağam...

XƏBƏRLƏR
  • Vüqar evin tək oğlu idi, bir bacısı var. Hərbi xidmətini başa vurub evlərinə dönməyinə sayılı günlər qalmışdı. Amma Vətən Müharibəsinin başladığına görə o, elərinə yox, müharibəyə - cəbhəyə yollandı. Döyüş yoldaşları deyirlər ki, Vüqar şəhid olacağını yuxuda görmüşdü. Elə bundan az sonra o, dostlarını xilas edərkən qəhrəmancasına şəhadətə ucaldı.    

Bu gün Vətən Müharibəsinin gənc, qəhrəman şəhidi Vüqar İlqar oğlu  Sadıqovun doğum günüdür. O, 2001-ci il aprelin 30-da Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. 2007-ci ildə A.Məmmədov adına tam orta məktəbin birinci sinifinə qədəm qoyub. 2018-ci ildə həmin məktəbdə orta təhsilini başa vurub. 2019-cu ildə hərbi xidmətə yollanıb. Vüqar Beyləqan rayonunda Vətənə xidmət edib. Müharibə başlayanda Vüqar Sadıqovun hərbi xidmətini başa vurmasına bir neçə gün qalmışdı...

Azərbaycan Ordusunun əsgəri olan Vüqar Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüqar Sadıqov oktyabrın 12-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. Komandiri bildirib ki, Vüqar öz döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına şəhadətə ucalıb.   

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Vüqar Sadıqov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Doğulub boya-başa çatdığı Xaçmaz rayonunda şəhidimizin xatirəsinə  abidə ucaldılıb və bulaq inşa edilib.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, Vüqar balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər