Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, ustalar və veteranlar arasında dünya və Avropa çempionatlarının qalibi, “Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərovun təşəbbüsü, Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil olunan ənənəvi turnirdə ölkəmizlə yanaşı, Türkiyənin, Rusiyanın, Türkmənistanın, Macarıstanın və Gürcüstanın klub komandaları iştirak efəcəklər.
Xatırladaq ki, dostluq, əməkdaşlıq, vətənpərvərlik ruhu aşılayan turnirin əsası 2017-ci ildə qoyulub. İdman ictimaiyyətinin böyük maraq göstərdiyi turnir 2018, 2019-cu illərdə də keçirilib. Koronavirus pandemiyası ilə əlaqədar yaranmış fasilədən sonra, ötən ilin noyabrında – ölkəmizin ərazi bütövlyünün və dövlət suverenliyinin tam bərpa olunduğu bir dövrdə isə turnir yenidən bərpa olunub.
Hazırladı: Mina RƏŞİD