22.11.2024, 01:50
AZ EN
24.04.2024, 17:52 204

Şuşanın suyu bal dadır...

XƏBƏRLƏR
  • May ayından etibarən Şuşa şəhərinə bərpa, tikinti qrafikinə uyğun olaraq inşa edilmiş evlərə ailələrin mərhələli şəkildə köçürülməsi həyata keçiriləcək. Yaxın vaxtlarda ilk mərhələdə 50 şuşalı öz yurduna dönəcək. İlin sonuna qədər isə Şuşaya 370 ailənin köçürülməsi nəzərdə tutulub.

83 yaşlı Aqilə Əlizadə də, bu xəbərə ən çox sevinənlərdən biridir. Deyir ki, gör neçə ildir Şuşaya qayıdacağım günü gözləmişəm. Aqilə nənə sandıq və paltartikən maşınını Şuşadan gətirdiyini və onları gözbəbəyi kimi qoruduğunu deyir. “Deyirəm, Allahın altında Şuşanın bir stəkan suyu olaydı içəydim. Şuşanın suyu bal dadır”.

Şuşalı Cümşüd Əsədov da ən böyük arzusunun doğma Şuşaya gedib orada yaşamaq olduğunu söyləyir. “Şuşada uşaqlıqda gəzib, oynadığımız yerləri gəzmək, məktəbimizə baxmaq istərdim. Bizim orada uşaqlığımız, cavanlığımız qalıb”.

Rəsmiyyə Əlizadə isə deyir ki, Şuşaya qədəm qoyanda birinci öz evimizə getmək istəyərəm. Sonra isə atamın qəbrini görmək istəyərdim. Bundan sonra isə şuşalı xanım göz yaşları ilə danışır...

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR