20.10.2024, 02:24
AZ EN
20.07.2022, 17:20 352

Qubadlı gənc musiqiçinin beynəlxalq müsabiqədə uğurlu çıxışı

XƏBƏRLƏR
  • Qubadlı rayon musiqi məktəbinin şagirdi beynəlxalq müsabiqədə uğur əldə edib.

Sumqayıt Regional Mədəniyyət İdarəsi tabeliyində fəaliyyət göstərən Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd Uşaq Musiqi Məktəbində təhsil alan Elcan Soltanov Qazaxıstanın Nursultan şəhərində keçirilən “Adagio” III Beynəlxalq vokal-instrumental müsabiqəsində iştirak edib.

Onlayn formatda təşkil olunan müsabiqədə Elcan 14-16 yaş kateqoriyasında çıxış edib. O, xalq musiqi alətləri nominasiyasında (tar) uğurla çıxış edərək müsabiqənin II dərəcəli diplomuna layiq görülüb.

Müsabiqədə Elcanla yanaşı, müəllimi Həvəs Bayramova və konsertmeyster Tahirə Kərimova da təşəkkürnamə ilə təltif olunublar. (AZƏRTAC)

Oxşar xəbərlər