Bu barədə Fondun prezidenti, tanınmış ictimai xadim Nüsrət Məmmədov məlumat verib.
Bildirilib ki, Prezident İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinə həsr olunmuş nəşrdə Azərbaycan-Qırğızıstan münasibətlərinə, eləcə də dövlətimizin başçısının gördüyü titanik işlərə nəzər salınıb.
“Uluu Toolor” nəşriyyatında Azərbaycan dilində 500 nüsxə ilə çap olunan kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Kitabın həmmüəllifləri professor, siyasi elmlər doktoru Cümşüd Nuriyev, siyasi elmlər üzrə fəlsəfə doktoru Şəbnəm Nuriyeva, baş müəllim Mayıl Orucov və dosent Sevinc İbrahimovadır.
Qeyd edək ki, bu, Türkdilli dövlətlərin siyasətinə dəstək fondu tərəfindən nəşr olunan 160-cı kitabdır. (AZƏRTAC)