Fonddan bildirilib ki, “GovInsider” beynəlxalq qurumu tərəfindən təşkil olunan müsabiqədə DSMF-nin son illər malik olduğu uğurlu islahatlar təcrübəsi yüksək dəyərləndirilib və Fond müsabiqənin qalibi olub.
Beləliklə, 27 ölkədən 1600-dən çox nümayəndənin iştirakı ilə təşkil olunmuş Beynəlxalq İnnovasiyalar Konfransında DSMF “Qalib” mükafatı ilə təltif edilib. Fond bu mükafata sosial sığorta və sosial təminat sahəsində son illər ərzində ölkəmizdə aparılan islahatlar, sosial idarəçilikdə çeviklik və xidmət keyfiyyətinin artırılmasına görə layiq görülüb. (AZERTAC)