25.04.2025, 13:07
AZ EN
31.03.2024, 11:16 318

Xocalı soyqırımı qurbanlarının nəşlərinin qalıqları Xocalıda dəfn edilib

XƏBƏRLƏR
  • Bu gün Xocalı soyqırımı qurbanlarının tapılmış nəşlərinin qalıqları Xocalıda dəfn edilib.

Dəfn mərasimində rəsmi şəxslər, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Xocalıda kütləvi məzarlıqda 21 nəfərin qalıqları aşkar edilib. Onlardan 9-nun adları məlum olub.

Həmin şəxslər aşağıdakılardır:
(Xocalı rayon sakinləri) 1. Əliyev Ağaəli Naib oğlu - 01.06.1933-cü il 2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il 3. Mahmudov Akif Seydulla oğlu – 01.06.1962-ci il 4. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il 5. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935 6. Nəcəfov Şiraslan Məmiş oğlu - 1952-ci il təvəllüdlü
(Xankəndi şəhər sakinləri) 7. Cavadov Əli Müsül oğlu - 15.06.1954-cü il 8. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il 9. Məhərrəmova Bəsirə Vəli qızı - 01.06.1954-cü il

İstintaq materiallarına əsasən, qeyd edilən şəxslərin hamısı 26.02.1992-ci il tarixdə Xocalı rayonu ərazisində itkin düşüb.

Xatırladaq ki, Xocalı soyqırımında itkin düşən Akif Mahmudovun nəşinin qalıqları isə yaxınlarının istəyi ilə martın 27-də Ceyranbatan qəsəbəsindəki qəbiristanlıqda dəfn olunmuşdu. (Trend)

Oxşar xəbərlər