20.10.2024, 09:51
AZ EN
18.07.2022, 14:05 407

Bu gün ANAMA-nın təsis olunmasının 24-cü ildönümüdür

XƏBƏRLƏR
  • İyul ayının 18-i Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi təsis olunmasının 24-cü ildönümü qeyd edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 15 yanvar tarixli 1251 saylı Fərmanı ilə 1998-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsis edilmiş Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yaradılıb. ANAMA ölkə daxilində həyata keçirilən bütün minatəmizləmə ilə bağlı olan fəaliyyəti əlaqələndirmək, nəzarət etməklə bərabər, həm də səlahiyyətli orqan olaraq, hökumətin bu sahə üzrə əsas icraçı qurumudur.

Onun başlıca məqsədiAzərbaycan Respublikasının işğaldan azad edilən və müharibənin təsirinə məruz qalan ərazilərinin mina və partlamamış hərbi sursatların təhlükəsindən azad etmək, sosial-iqtisadi və humanitar inkişafa dəstək göstərməkdir.

2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaəti sayəsində Qarabağımız azadlığa qovuşdu. Bununla da, Agentliyin qarşısında yeni vəzifə və öhdəliklər yer aldı. Qurumun texniki imkanları, insan resursları, eləcə də əməliyyat metodları inkişaf etdirildi. Minatəmizləmə sahəsində bir neçə ilklərə, yeniliklərə imza atıldı.

İyirmi dörd illik müddət ərzində ANAMA 70 437,9 hektar ərazi olmaqla, 845 min 180 ədəd mina və partlamamış hərbi sursat aşkar edərək təmizləyib.

İşini şərəflə və qürurla həyata keçirən ANAMA “Böyük Qayıdışa” inamla addımlayır. Qarabağımıza təhlükəsiz və sağlam qayıdışın təmin edilməsində əlindən gələni əsirgəməyən agentlik vətəndaşları məsuliyyətli və sayıq olmağa, səylərimizi birləşdirərək işğaldan azad edilmiş ərazilərimizdə təhlükəsiz, dayanıqlı və sağlam yaşayış mühiti yaratmağa çağırır. (AZƏRTAC)

Oxşar xəbərlər