21.09.2024, 04:57
AZ EN
27.03.2024, 07:40 332

Füzuli sakini: El-obamıza qayıtmaq ən böyük arzum idi

XƏBƏRLƏR
  • “Doğma yurduma çatmaq üçün səbirsizlənirəm. El-obamıza qayıtmaq ən böyük arzum idi. Məni bu arzuma çatdıran hər kəsə uzun ömür versin”.

Bu sözləri Füzuli şəhərinə qayıdan keçmiş məcburi köçkün Mənsurova Laləzər deyib.

“Füzuliyə qayıdacağımı eşidəndə çox sevindim. Ali Baş Komandanımız başda olmaqla bizə bu sevinci yaşadan Azərbaycan Ordusuna, əsgərlərimizə minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, bu yolda sağlamlığından keçən qazilərimizə şəfa versin”, - deyə Mənsurova Laləzər bildirib. (Report)

Oxşar xəbərlər