19.10.2024, 12:38
AZ EN
13.03.2024, 13:38 341

Zəngilanlı məcburi köçkünlərin qəbulu keçirilib

XƏBƏRLƏR
  • Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü Binəqədi rayonu, Biləcəri qəsəbəsində məskunlaşan zəngilanlı sakinlər ilə keçirilib. 

Qəbulda müraciət edən vətəndaşların problemləri diqqətlə dinlənildikdən sonra qaldırılan məsələlərin bir çoxunun həlli ilə bağlı rayon rəhbəri tərəfindən tapşırıqlar verildi. Bir neçə müraciətlərlə bağlı vətəndaşlara ətraflı izah verildi, digərlərinin isə araşdırılaraq qanunamüvafiq qaydada həlli üçün aidiyyatı qurumlara müraciət olunacağı bildirildi.

Sonda rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdi.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər