21.09.2024, 18:54
AZ EN
07.03.2024, 20:40 208

Elməddin Behbud: İnsanların doğulduğu yurd yerlərinə yenidən qayıtmaq istəyi təbii haldır

XƏBƏRLƏR
  • Otuz ildən artıq müddətdə işğalda qalan torpaqlarımızı azad etməyimizə baxmayaraq, biz Cənubi Qafqazda bütün tarixi haqlarımıza tam sahib ola bilmirik. Bu tarixi haqlarımıza dair iddiamız bəzən hansısa qüvvələr tərəfindən təhrif olunaraq təqdim edilir. Lakin insanların doğulduğu yurd yerlərinə qayıtmaq, orada yaşamaq istəyi təbii haldır. Bu, beynəlxalq hüququn norma və prinsiplərinə də tamamilə uyğundur.

Bunu açıqlamasında “Demokratik Azərbaycan Naminə” İctimai Birliyin (DANİB) sədri Elməddin Behbud söyləyib.

“Ermənilər özlərinin olduğunu iddia etdikləri tarixi abidələri çox rahatlıqla ziyarət edir, bu ərazilərdə yaşayırlar. Lakin biz vaxtilə yaşadığımız ərazilərimizdəki abidələrimizi belə ziyarət edə və ya evimizə gedə bilmirik”, - deyə DANİB sədri bildirib.

Azərbaycanlıların o torpaqlardan son deportasiyasından 36 il ötdüyünü xatırladan müsahib deyib: “Mən özüm altı yaşımadək o torpaqlarda yaşamışam. Məndən əvvəl də babalarım, dədələrim yüzillərlə o bölgələrdə yaşayıblar. Bu, olduqca ciddi məsələdir və qardaş Türkiyənin də bunu Ermənistan qarşısında diplomatik yollarla qaldırması zəruridir. Biz tədbirlərimizdə Qərbi Azərbaycan tarixini, oradaki haqlarımızı müzakirə edirik. Bununla bağlı haqlarımızın tarixə və beynəlxalq hüquqa dayandığını bildiririk. Bizim bu tədbirləri keçirməyimizdə əsas məqsədimiz Qərbi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır”. (AZERTAC)

Oxşar xəbərlər