Sosial çarxın əsas məqsədi ölkə əhalisini, xüsusilə müstəqil həyata yeni başlayan gəncləri narkomaniya, narkotik vasitələrin qanunsuz dövriyyəsi və s. barədə maarifləndirməklə, onların vətənpərvər və sağlam ruhda böyümələrinə yardımçı olmaqdır.
Layihənin davamı olaraq, Bakı şəhərindəki 21 və 74 nömrəli tam orta məktəblərdə narkomaniya və onun fəsadları barədə maarifləndirici tədbirlər keçirilmiş, çəkilən sosial çarxın təqdimatı olmuşdur.
Tədbirlərdə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin direktoru Nihad Hüseynli, “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyinin direktoru Şahin Hüseynov, Azərbaycan Dillər Universitetinin Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Ceyhun Alıyev, məktəblərin rəhbərliyi və müəllimlər çıxışlar etmişlər.
Tədbirlərdə bu bəlanın yayılmaması üçün narkotik və psixotrop maddələrdən istifadənin mənfi təsirləri barədə hər kəsin, əsasən də valideynlərin və müəllimlərin yeniyetmə və gənclər arasında maarifləndirmə işinin daha ciddi aparılması vurğulanmışdır.
Sosial çarxın linki: https://www.youtube.com/watch?v=VNdLAca_v_c