20.09.2024, 13:44
AZ EN
22.12.2022, 10:31 333

Başımın tacı, gözümün nuru Tərlanım!

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsi şəhidi Tərlan Bəxtiyar oğlu Quliyevin doğum günüdür. O, 1999-cu il dekabrın 22-də Cəlilabad rayonunun Tahirli kəndində anadan olub. 2006-2017-ci illərdə Çəngan kənd orta məktəbində təhsil alıb. 2018-ci il yanvarın 4-də hərbi xidmətə çağırılıb.

Xidmətə Goranboy rayonu N saylı hərbi hissədə başlayıb. Sonra Ağdamın Baharlı qəsəbəsində xidmətini davam etdirərkən 6 aylıq XTQ kursunu uğurla başa vurub və gizir kimi Vətənə qulluq edib.
2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlayan Vətən müharibəsi zamanı Tərlan Kəlbəcər, Füzuli, Xocavənd istiqamətlərindəki döyüşlərdə mərdliklə savaşıb.

Vətəni canından çox sevən gizir Tərlan Quliyev 2020-ci il oktyabrın 17-də ağır döyüşlərin birində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz doğma Tahirli kəndində torpağa tapşırılıb.

Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", “Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Doğum günündə anası Fəxrəndə xanım deyir ki, Tərlan özü bu yolu seçmişdi. Onun üçün Vətən torpağı çox müqəddəs idi. Tərlan bizim üzümüzü ağ elədi, torpaqlarımızı azad edən oğullardan biri oldu. Vətən sağ olsun!

Şəhidimizin anasının dediyi kimi, gözümüzün nuru, başımızın tacı, 20 yaşında Vətənin Zəfər tarixinə qanı ilə imza atan Tərlan balamız, cənnətdəki doğum günün mübarək. Ruhun şad, məzarın nurla dolsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR