Babaş kişi bildirir ki, o burada ev qurmaq, yurd salmaq üçün ailəsi, uşaqları ilə çox əziyyət çəkib. Dağların qoynunda uzanan dolanbac yolların demək olar ki, hər qarışında xatirəsi olan ağsaqqal ətrafda dağıdılan evlərin kimlərə məxsus olması, kimin harada qətlə yetirilməsi ilə bağlı dəqiq məlumatlar verir.
Ağdərə sakini bağını-bağçasını dolanır, hər şeyin necə dəyişdiyinin fərqini hiss edir. O, hələ də doğma torpağında, həyətində olduğunu möcüzə sanır. Deyir ki, bu tut ağacını Tərtərdən gətirmişdim. Onun 50-55 yaşı olardı...
Babaş Qəribov da inanır ki, tezliklə bütün Qarabağ kimi onun kəndi, həyat-bacası da gülüstana dönəcək və o başına gələnləri nəvə və nəticələrinə bir gerçək nağıl kimi danışacaq....
Mina RƏŞİD