Faciə qurbanlarının anım günü ilə əlaqədar olaraq Yevlax Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, hərbçilər, rayonda müvəqqəti məskunlaşmış Xocalıdan olan sakinlər Şəhidlər xiyabanını ziyarət ediblər. Respublikamızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə gül qoyulub, xatirələri ehtiramla yad edilib.
Sonra Xocalı sakinləri ilə görüş keçirilib, qayğı və problemləri dinlənilib.
Saat 17:00-da Azərbaycanın bütün ərazisində olduğu kimi, Yevlaxda da Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. (AZERTAC)