Bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının professoru, xocalılı Həvva Məmmədova Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar keçirilən elmi-praktiki konfransda səsləndirib.
H.Məmmədova bildirib ki, bayramlarımız kimi, faciələrimiz də ölkəmizin bütün ərazisində qeyd olunur.
“Biz faciələrimizi, başımıza gətirilənləri heç vaxt unutmamalıyıq. Çox diqqətli, məsuliyyətli və hazırlıqlı olmalıyıq. Günahsız uşaqların, qadınların, ümumiyyətlə, bütün şəhidlərimizin əziz ruhu bunu bizdən tələb edir.
Bu gün Xocalıda, Şuşada, Xankəndidə Azərbaycan Bayrağının dalğalanması qəlbimizi qürur hissi ilə doldurur. Xocalılıların bu il öz doğma evlərinə qayıdacağı xəbəri hər birimizi sevindirir”, - deyə Həvva Məmmədova vurğulayıb. (AZƏRTAC)