09.06.2025, 07:45
AZ EN
26.02.2024, 12:59 247

Yeni Xocavənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

XƏBƏRLƏR
  • Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə Yeni Xocavənd qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə önündə anım mərasimi keçirilib. Mərasim zamanı Xocavənd Rayon İcra hakimiyyətinin başçısı Eyvaz Hüseynov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, ictimaiyyətin nümayəndələri abidə önünə gül-çiçək dəstələri düzərək faciə qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər.

Qeyd edək ki, Xocalı soyqırımının ildönümü ilə əlaqədar rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil və mədəniyyət müəssisələrində xatirə gecələri, rəsm və kitab sərgiləri təşkil olunub.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər