"Vətən səsi" adı çəkilən yaşayış məntəqələrininin bərpası və yenidən qurulması ilə layihələndirmə işlərinə dair bəzi təfərrüatlarını öyrənib. Məlum olub ki, bununla bağlı keçirilmiş tenderin nəticələrinə əsasən, həmin 6 yaşayım məntəqəsindən 4-nün layihələndirilməsi “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutuna, digər 2-si isə Bakı Dövlət Layihə İnstitutuna həvalə olunub. Tender müqaviləsinə əsasən, “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu Şuşa rayonu Malıbəyli kəndində 14 binadan ibarət yaşayış kompleksini, Turşsu qəsəbəsini, Ağdərənin Umudlu və Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin yenidən qurulmasını layihələndirməlidir. Bakı Dövlət Layihə İnstitutu isə Xocalı şəhərində əsaslı təmir olunacaq və yeni tikiləcək 340 fərdi yaşayış evlərinin, habelə Xocavəndin eyni adlı qəsəbənin layıhələndirmə işlərini həyata keçirəcək.
Bunların arasında maliyyə xərclərinə görə ən iritutumlu layihə Xankəndi rayonunun Kərkicahan qəsəbəsinin yenidənqurulmasını nəzərdə tutan işlərdir. Belə ki, “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu həmin işlərin görülməsinə 997 min 690 manat xərcləyəcək. Ən az maliyyə tutumu olan isə “Şuşa rayonu Malıbəyli kəndində yerləşən yaşayış kompleksinin (14 bina) layıhələndirilməsi”dir - cəmi 457 min 250 manat.
Elxan SALAHOV