21.09.2024, 23:34
AZ EN
21.02.2024, 15:58 163

Ağdamda “Ana dilimizi sevək, qoruyaq” adlı tədbir keçirilib

XƏBƏRLƏR
  • Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam Rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qaradağlı kənd Mədəniyyət evi 21 Fevral — Beynəlxalq Ana Dili Günü münasibətilə “Ana dilimizi sevək, qoruyaq” adlı tədbir keçirib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edənlər ana dilimizin tarixindən və bu günündən danışıblar.

Sonda məktəblilərin ifasında ana dilimizə həsr olunmuş şeirlər səsləndirilib.

Mina RƏŞİD

Oxşar xəbərlər