Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elmin Mirzəyev ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Atası Birinci Qarabağ Müharibəsi veteranı olan Elminin kiçik qardaşı da Vətən müharibəsi iştirakçısıdır. Onlar ayrı-ayrı cəbhədə vuruşsalar da müharibəyə eyni gündə getmişdilər. Orxan o günləri belə xatırlayır: “Mən mina təmizləyən idim. Əvvəlcə əraziyə biz daxil olur, dəhliz açırdıq. Sonra ordumuz həmin dəhlizlə irəliləyirdi. Füzuli rayonundan sonra Elmingil Cəbrayıl uğrunda ağır döyüşlərə başladılar. Elmin zəng edib atasından vaxtilə Cəbrayılın hansı bölgəsində döyüşdüyünü soruşmuşdu. Sonra isə qürurla döyüş yoldaşlarına demişdi ki, bax buralarda mənim atamın ayaq izləri var, mən niyə o izlərlə getməyim!?
Elmin Füzuli və Cəbrayıl rayonları istiqamətində düşmən postlarının və istehkamlarının dağıdılması, düşmənin canlı qüvvəsinin məhv edilməsində şücaətlər göstərib.
Qeyd edək ki, şəhidimiz ailəli idi, onun iki övladı Vətənə əmanətdir.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman şəhidim!
Mina RƏŞİD