18.10.2024, 16:25
AZ EN
16.02.2024, 11:54 293

“Arif Paşayev” adlı fundamental biblioqrafiya nəşr olunub

XƏBƏRLƏR
  • Bu il Azərbaycan elminin görkəmli nümayəndəsi, AMEA-nın və bir çox beynəlxalq akademiyaların həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Milli Aviasiya Akademiyasının rektoru Arif Mir Cəlal oğlu Paşayevin anadan olmasının 90, elmi fəaliyyətinin isə 65 illik yubileyi qeyd edilir.

Bu münasibətlə M.F.Axundzadə Azərbaycan Milli Kitabxanası tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Arif Paşayev” adlı fundamental biblioqrafiya nəşr olunub.

İndiyədək akademik Arif Paşayev haqqında bir neçə biblioqrafiya tərtib olunub. Bu biblioqrafiyaların alimin yaradıcılığını tam əhatə etmədiyi nəzərə alınaraq Milli Kitabxana daha mükəmməl bir fundamental biblioqrafiya hazırlayaraq mütəxəssislərin və oxucuların istifadəsinə təqdim edib. Yeni nəşr olunan biblioqrafiya daha da təkmilləşdirilib, yeni bölmələr və yarımbölmələr əlavə edilib.

Qeyd edək ki, vəsaitin tərtibçisi professor, Əməkdar müəllim Xəqani Abdullayev, elmi redaktoru professor, Əməkdar mədəniyyət işçisi Kərim Tahirov, məsləhətçiləri iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Gülnarə Əhmədova, Əməkdar mədəniyyət işçisi Şəmsəddin Axundov, ön sözün müəllifləri isə akademik Nizami Cəfərov və AMEA-nın müxbir üzvü Misir Mərdanovdur.

Biblioqrafiya ilə tanış olmaq istəyənlər https://anl.az/down/Ar2024-76.pdf linkindən istifadə edə bilərlər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər